Yuxarı
    Bağlamaq

    IV Respublika fənn müsabiqələrinin finalçıları bəlli olub

    Dinlə
    © baku.edu.gov.az

    Bakı. 22 iyun. REPORT.AZ/ Bakı şəhəri üzrə ümumi təhsil məktəblərinin VI-VII sinif şagirdləri arasında keçirilən IV Respublika fənn müsabiqələrinin birinci mərhələsinin nəticələri bəlli olub.

    Bu barədə "Report"a Bakı Şəhəri üzrə Təhsil İdarəsinin İctimaiyyətlə əlaqələr sektorundan məlumat verilib. 

    Müsabiqənin nəticələrinə əsasən, 6 580 iştirakçı şagirddən 655-i biologiya, 735-i fizika, 338-i informatika, 488-i kimya və 2 189-u isə riyaziyyat fənləri üzrə qalib gələrək ikinci mərhələyə (finala) vəsiqə qazanıb.

    IV Respublika fənn müsabiqələrinin birinci mərhələsində şagirdlər məntiqi təfəkkürü yoxlamaq məqsədilə tərtib olunan sualları cavablandırıblar.

    Birinci mərhələdə yüksək nəticə göstərən şagirdlər iyunun 30-da keçiriləcək final mərhələsində seçdikləri fənn üzrə (fizika, kimya, biologiya, riyaziyyat və informatika fənlərindən) imtahan verəcəklər.

    Qeyd edək ki, fənn müsabiqələrinin keçirilməsinin əsas məqsədi istedadlı uşaqların aşkar olunması, şagirdlər arasında sağlam rəqabət mühitinin yaradılması, aşağı sinif şagirdlərinin müxtəlif fənlərə olan marağının artırılması, onlarla məqsədyönlü işlərin aparılması və olimpiadalara hazırlıq mərkəzlərinə cəlb olunacaq şagirdlərin müəyyən edilməsindən ibarətdir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi