IV qrupda ixtisas seçimi zamanı nələrə diqqət yetirməli?

IV qrupda ixtisas seçimi zamanı nələrə diqqət yetirməli? DİM kitabça nəşr edib
Elm və təhsil
26 İyul , 2017 10:23
IV qrupda ixtisas seçimi zamanı nələrə diqqət yetirməli?
Report

Bakı. 26 iyul. REPORT.AZ/ Dövlət İmtahan Mərkəzi (DİM) IV ixtisas qrupunda müsabiqədə iştirak etmək hüququ qazanmış abituriyentlər üçün “İxtisas seçimi zamanı nələrə diqqət yetirməli?” adlı kitabça nəşr edib.

DİM-dən "Report"a verilən məlumata görə, “Abituriyent” jurnalının xüsusi buraxılışı olan kitabçada IV ixtisas qrupunda müsabiqədə iştirak etmək hüququ qazanan abituriyentlərin imtahan ballarının paylanması, ali təhsil müəssisələrinə ixtisas qrupu üzrə qəbul planı, dövlət sifarişi üzrə yerlərin sayı, müsabiqə şərtləri və digər zəruri məlumatlar təqdim olunub.

Xatırladaq ki, I ixtisas qrupunda müsabiqədə iştirak etmək hüququ qazanmış abituriyentlər üçün bu kitabça iyulun 27-də (iyulun 22-də Azərbaycan Kooperasiya Universitetində keçirilən imtahanda iştirak edən və binadan kənarda baş vermiş yanğın hadisəsi ilə əlaqədar təxliyə olunan abituriyentlər üçün) keçiriləcək yeni qəbul imtahanın nəticələri elan edildikdən sonra çap ediləcək.

Kitabçanı aşağıdakı ünvanlarda yerləşən “Abituriyent” satış köşklərindən, həmçinin kitab mağazalarından almaq və ya www.abiturient.az saytından sifariş etmək olar.

Son xəbərlər

Orphus sistemi