Yuxarı
    Bağlamaq

    III Azərbaycan Elm Festivalı keçiriləcək

    Dinlə
    Yeddi şəhərdə tədbirlər keçiriləcək

    Bakı. 10 sentyabr. REPORT.AZ/ Bu il oktyabrın 9-30-da ölkədə III Azərbaycan Elm Festivalı keçiriləcək.

    Bu barədə "Report"a Azərbaycan Milli Elmlər Akademiyasından (AMEA) məlumat verilib.  

    Festival AMEA-nın təşəbbüsü, UNESCO-nun himayəsi, Bakı Şəhər İcra Hakimiyyəti, Prezident yanında Elmin İnkişafı Fondu, Prezident yanında Bilik Fondu, Təhsil Nazirliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Moskva Dövlət Universiteti və ABŞ-ın ölkəmizdəki səfirliyinin təşkilati dəstəyi ilə baş tutacaq.

    Elm festivalı çərçivəsində Bakı, Naxçıvan, Şəki, Mingəçevir, Gəncə, Lənkəran və Quba şəhərlərində bir sıra tədbirlər keçiriləcək.

    Hər iki ildən bir təşkil olunan festivalın keçirilməsində məqsəd yeni elmi texnologiya və innovasiyaların təqdim olunması, elmi bilik və yeniliklərin populyarlaşdırılması, gənc nəsildə elmə marağın formalaşdırılmasıdır. Elmi festival çərçivəsində gənc alimlərin elmin müxtəlif sahələri üzrə çıxışları, həmçinin yaradıcılıq emalatxanaları və interaktiv sərgilərlə tanışlıq, müsabiqələr, yeni elmi nailiyyətləri özündə əks etdirən məruzələr, cəlbedici elmi şoular, akademiyanın müəssisə və təşkilatlarına aid elmi-populyar filmlərin nümayişi nəzərdə tutulur.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi