Yuxarı
    Bağlamaq

    II və III ixtisas qrupları üzrə qəbul imtahanının nəticələri elan edilib

    Ümumilikdə 3 nəfər 700 bal toplayıb

    Bakı. 3 may. REPORT.AZ/ Dövlət İmtahan Mərkəzi (DİM) aprelin 30-da ali təhsil müəssisələrinə II və III ixtisas qrupları üzrə keçirdiyi qəbul imtahanının nəticələrini elan edib. 

    Qurumdan "Report"a verilən məlumata görə, imtahanda iştirak etmiş abituriyentlər DİM-in internet saytına daxil olaraq imtahan nəticələri və “cavab kartı”nın qrafik təsviri ilə tanış ola bilərlər.

    Abituriyentlər imtahanın nəticələri haqqında məlumatı, həmçinin Azercell mobil nömrələrindən “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər.

    İmtahanda iştirak etmək üçün sənəd vermiş 35 433 abituriyentdən 706 nəfəri imtahanda iştirak etməyib. İmtahanda iştirak edən abituriyentlərdən 17 nəfəri imtahan qaydalarını pozduqlarına görə imtahandan xaric olunub və nəticələri ləğv edilib.

    İmtahanda II ixtisas qrupu üzrə 2 abituriyent (Ağcabədi şəhəri, 3 saylı məktəb-lisey və Türkiyə Dəyanət Vəqfi Bakı Türk liseyinin məzunları), III ixtisas qrupu üzrə isə 1 abituriyent (Bakı şəhəri, Zərifə Əliyeva adına liseyin məzunu) onlara təqdim olunmuş bütün test tapşırıqlarına düzgün cavab verib və maksimum nəticə - 700 bal toplayıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi