Yuxarı

IAEA 2019 konfransının bağlanış mərasimi olub

IAEA 2019 konfransının bağlanış mərasimi olub

Dövlət İmtahan Mərkəzinin təşkilatçılığı ilə keçirilən Təhsilin Qiymətləndirilməsi üzrə Beynəlxalq Assosiasiyanın 45-ci illik toplantısının (IAEA 2019) bağlanış mərasimi olub.

"Report" xəbər verir ki, konfransın reportyoru Dennis Opposs forum haqqında ümumi qeydlərini diqqətə çatdırıb.

Tədbirdə çıxış edən Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə konfransda 55 ölkədən 300 ekspertin, 43 ölkədən isə 116 məruzəçinin iştirak etdiyini qeyd edib. O, konfransın qarşısına qoyduğu məqsədlərə çatdığına, bu bir neçə gün ərzində dinlənilən məruzələrin, aparılan fikir mübadilələrinin qiymətləndirmə sahəsində təcrübələrin daha da təkmilləşdiriləcəyinə töhfə verəcəyinə ümidvar olduğunu deyib.

DİM sədri builki konfransın onun iştirakçıları arasında müvafiq sahələrdə yeni əməkdaşlıqlara bir istiqamət də olduğunu bildirib.

Daha sonra çıxış edən IAEA-nın nümayəndəsi Yan Uiqers Assosiyasiya adından bağlanış nitqi söyləyib.

Mərasimdə Təhsilin Qİymətləndirilməsi üzrə Beynəlxalq Assosiasiyanın 46-cı illik toplantısının 2020-ci ildə Qanada keçiriləcəyi açıqlanıb və bununla bağlı təqdimat edilib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi