İyunun 17-də keçirilən buraxılış imtahanlarının nəticələri açıqlanıb

İyunun 17-də keçirilən buraxılış imtahanlarının nəticələri açıqlanıb İmtahanın nəticələri DİM-in internet saytında yerləşdirilib
Elm və təhsil
20 İyun , 2017 16:45
İyunun 17-də keçirilən buraxılış imtahanlarının nəticələri açıqlanıb
Report

Bakı. 20 iyun. REPORT.AZ/ Dövlət İmtahan Mərkəzi (DİM) iyunun 17-də Bakı, Sumqayıt, Abşeron şəhərlərində və Naxçıvan Muxtar Respublikasında yerləşən orta ümumtəhsil müəssisələrinin buraxılış siniflərində təhsil alan 9 və 11-ci sinif şagirdləri üçün keçirilmiş buraxılış imtahanlarının nəticələrini elan edib.

DİM-dən "Report"a verilən məlumata görə, imtahanın nəticələri iyunun 20-də saat 16:45-dən etibarən DİM-in internet saytında yerləşdirilib.

İmtahanda iştirak etmiş şagirdlər DİM-in internet saytı vasitəsilə nəticələri haqqında məlumatla, habelə cavab kartının qrafik təsviri ilə tanış ola bilərlər. Şagirdlər iş nömrələrini mobil operatorlar vasitəsilə 7727 nömrəsinə göndərməklə də nəticələrini öyrənə bilərlər.

İmtahanda iştirakı nəzərdə tutulan IX siniflər üzrə 43 779 şagirddən 341 nəfəri imtahana gəlməyib. 6 nəfər imtahan qaydalarını pozduğu üçün imtahandan xaric edilib.

İmtahanda iştirakı nəzərdə tutulan XI siniflər üzrə 32 855 şagirddən 354 nəfəri imtahana gəlməyib. 28 nəfər qaydaları pozduğu üçün imtahandan xaric edilib. 

Son xəbərlər

Orphus sistemi