Afad Qurbanovun 90 illik yubileyi ilə əlaqədar beynəlxalq elmi konfrans keçiriləcək

Afad Qurbanovun 90 illik yubileyi ilə əlaqədar beynəlxalq elmi konfrans keçiriləcək Bakıda görkəmli dilçi-alim, ictimai xadim, müasir Azərbaycan Əlifbasının müəllifi və Onomostika Elmi məktəbinin banisi Afad Qurbanovun 90 illik yubileyinə həsr olunmuş beynəlxalq elmi konfrans keçiriləcək.
Elm və təhsil
11 Mart , 2019 17:19
Afad Qurbanovun 90 illik yubileyi ilə əlaqədar beynəlxalq elmi konfrans keçiriləcək

Bakıda görkəmli dilçi-alim, ictimai xadim, müasir Azərbaycan Əlifbasının müəllifi və Onomostika Elmi məktəbinin banisi Afad Qurbanovun 90 illik yubileyinə həsr olunmuş beynəlxalq elmi konfrans keçiriləcək.

“Report”un xəbərinə görə, bu barədə Azərbaycan Dövlət Pedoqoji Universitetinin (ADPU) prorektoru, professor Asəf Zamanov məlumat verib.

O bildirib ki, bununla bağlı Nazirlər Kabinetinə müraciət olunub. 

Elmi konfransın 6-7 iyun tarixində keçiriləcəyi gözlənilir. Konfransda iştirak etmək üçün Türkiyə, Qazaxıstan, Rusiya, Türkmənistan, Belçika, Finlandiya, Gürcüstan, Ukrayna, Belarusiya və digər ölkələrin tanınmış dilçi-alimləri Azərbaycana gələcək.

Son xəbərlər

Orphus sistemi