Yuxarı
    Bağlamaq

    İyulun 27-də Ay tutulması baş verəcək

    Dinlə

    Bakı. 12 iyun. REPORT.AZ/ İyulun 27-də nadir astronomik hadisələrdən hesab edilən Ay tutulması və “bədrlənmiş Mars” adlandırılan təbiət hadisəsi baş verəcək. 

    Azərbaycan Milli Elmlər Akademiyasından "Report"a verilən məlumata görə, 15 il ərzində ilk dəfə olaraq Yer kürəsinə maksimal məsafədə (55,7 mln. km) yaxınlaşacaq Mars planetinin üzərində astronomik müşahidələr aparmaq üçün əlverişli şərait yaranacaq.

    Mars və Yerin növbəti yaxınlaşmasının 2035-ci ilin sentyabr ayının 15-nə təsadüf etməsi gözlənilir. Bu il isə bu yaxınlaşma Ay tutulmasıyla tam üst-üstə düşür. 1 saat 44 dəqiqə davam edəcək bu təbiət fenomeni 100 ilin ən uzunmüddətli Ay tutulması olacaq.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Bu xəbər həm də başqa dillərdə mövcuddur:

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi