I və IV qruplar üzrə imtahanlara buraxılış vərəqəsinin çapına başlanılıb

I və IV qruplar üzrə imtahanlara buraxılış vərəqəsinin çapına başlanılıb Bakı. 14 may. REPORT.AZ/ Mayın 20-də I və IV ixtisas qrupları üzrə keçiriləcək qəbul imtahanında iştirak edəcək abituriyentlər İmtahana buraxılış vərəqəsini çap edə bilərlər.
Elm və təhsil
14 May , 2018 09:16
I və IV qruplar üzrə imtahanlara buraxılış vərəqəsinin çapına başlanılıb
0 : 00
0 : 00

Bakı. 14 may. REPORT.AZ/ Mayın 20-də I və IV ixtisas qrupları üzrə keçiriləcək qəbul imtahanında iştirak edəcək abituriyentlər "İmtahana buraxılış vərəqəsi"ni çap edə bilərlər.

Dövlət İmtahan Mərkəzindən "Report"a verilən məlumata görə, abituriyent imtahana buraxılış vərəqəsini çap etmək üçün http://eservices.dim.gov.az/brxvbak/ linkinə daxil olmalıdır. 

Qeyd edək ki, abituriyent imtahana gələrkən şəxsiyyətini təsdiq edən sənədin əslini və “İmtahana buraxılış vərəqəsi”ni mütləq gətirməlidir. Şəxsiyyət vəsiqəsində şəkli olmayan abituriyentlər digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı da (arayışa şagirdin 3x4sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir) təqdim etməlidirlər.

Göstərilən sənədlərdən biri olmadıqda və ya sənədlər arasında uyğunsuzluq olduqda, abituriyent imtahana buraxılmır.

Son xəbərlər

Orphus sistemi