İtaliyanın "Maire Tecnimont" şirkəti BANM tələbələri arasından seçim edib

İtaliyanın "Maire Tecnimont" şirkəti BANM tələbələri arasından seçim edib Bakı. 20 noyabr. REPORT.AZ/ İtaliyanın məşhur Maire Tecnimont şirkətinin Azərbaycandakı nümayəndəliyi olan “KT-Kinetics Technology” şirkətin mühəndislər komandasına qatılmaq üçün Bakı Ali Neft Məktəbinin (BANM) beşinci kurs tələbələri arasından seçim edib.
Elm və təhsil
20 Noyabr , 2018 10:37
İtaliyanın Maire Tecnimont şirkəti BANM tələbələri arasından seçim edib
BANM
0 : 00
0 : 00

Bakı. 20 noyabr. REPORT.AZ/ İtaliyanın məşhur "Maire Tecnimont" şirkətinin Azərbaycandakı nümayəndəliyi olan “KT-Kinetics Technology” şirkətin mühəndislər komandasına qatılmaq üçün Bakı Ali Neft Məktəbinin (BANM) beşinci kurs tələbələri arasından seçim edib. 

Ali Məktəbin İctimaiyyətlə əlaqələr şöbəsindən "Report"a verilən məlumata görə, seçimlərin ilkin mərhələsində şirkətə müraciət edən 56 tələbədən 25 nəfəri seçilib. 

İkinci mərhələdə isə şirkətin Azərbaycan nümayəndəliyinin rəhbəri Nikolo Haylpern şəxsən iştirak edərək tələbələrlə görüşüb. Görüşdə həmçinin şirkətin İnsan resurları üzrə rəhbəri Aidə Bəşirova və İnsan resursları üzrə mütəxəssis Səidə Quliyeva iştirak ediblər.

İkinci mərhələdə tələbələrə “case study” (praktik çalışma) verilib, daha sonra tələbələrin onun ətrafında işləmələri, hər bir tələbənin verilmiş məsələnin həllinə yanaşması və müzakirələri müşahidə edilib.

Şirkət nümayəndələri ikinci mərhələdən seçilən tələbələrin adlarını tezliklə açıqlayacaqlarını bildiriblər. 

Son xəbərlər

Orphus sistemi