Orta məktəbi vaхtından əvvəl bitirmək istəyən şagirdlərin imtahanı başlayıb

Orta məktəbi vaхtından əvvəl bitirmək istəyən şagirdlərin imtahanı başlayıb Bakı. 14 yanvar. REPORT.AZ/ Ümumi təhsilin hər hansı səviyyəsini vaхtından əvvəl bitirmək istəyən istedadlı şagirdlər üçün eksternat qaydasında imtahanlar başlayıb.
Elm və təhsil
14 Yanvar , 2019 10:31
Orta məktəbi vaхtından əvvəl bitirmək istəyən şagirdlərin imtahanı başlayıb
0 : 00
0 : 00

Bakı. 14 yanvar. REPORT.AZ/ Ümumi təhsilin hər hansı səviyyəsini vaхtından əvvəl bitirmək istəyən istedadlı şagirdlər üçün eksternat qaydasında imtahanlar başlayıb. 

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) "Report"a verilən xəbərə görə, eksternat imtahanları paytaxtdakı 220 nömrəli məktəb-liseydə təşkil olunub və yanvarın 15-də də davam edəcək. 

Test və müsahibə mərhələsindən ibarət olan eksternat imtahanlarında suallar fənn proqramlarına uyğun şəkildə hazırlanıb.

Eksternat imtahanlarının nəticələri BŞTİ tərəfindən yaradılan komissiya tərəfindən 5 ballıq şkala ilə qiymətləndiriləcək.

Qeyd edək ki, ümumi təhsilin hər hansı səviyyəsini vaхtından əvvəl bitirmək istəyən şagirdlər üçün təşkil olunmuş eksternat imtahanları Təhsil Nazirliyinin müvafiq əmri ilə təsdiq edilmiş “Ümumi təhsil pilləsinin ibtidai, ümumi orta və tam orta təhsil səviyyələrinin vaxtından əvvəl bitirilməsi Qaydaları”na əsasən keçirilir.

Son xəbərlər

Orphus sistemi