İstanbul Universitetinin professoru Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunda olub

İstanbul Universitetinin professoru Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunda olub Türk dünyası ilə bağlı layihələrin həyata keçirilməsinə dair fikir mübadiləsi aparılıb
Elm və təhsil
13 İyun , 2017 20:15
İstanbul Universitetinin professoru Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunda olub

Bakı. 13 iyun. REPORT.AZ/ Bakıda səfərdə olan İstanbul Universitetinin professoru, tarixi-etnoqrafik araşdırmaların müəllifi İbrahim Yıldırım Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunu ziyarət edib.

Fonddan "Report"a verilən məlumata görə, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva fondun məqsəd və fəaliyyət istiqamətlərindən söz açıb, türkdilli xalqların tarixi-mədəni irsinin mühafizəsi və təbliğ edilməsinin vacib əhəmiyyət kəsb etdiyini bildirib.

İ.Yıldırım Türk dünyasına xas zəngin irsin qorunması və araşdırılması sahəsində fond ilə əməkdaşlıq niyyətini ifadə edib, eləcə də Azərbaycan və Türkiyə arasında qardaşlıq əlaqələrin daha da möhkəmləndirilməsinin vacibliyini qeyd edib.

Görüşdə gələcəkdə bütövlükdə türk dünyası ilə bağlı layihələrin həyata keçirilməsinə dair fikir mübadiləsi aparılıb, o cümlədən XX əsrin əvvəllərində Türkiyədə yaşayan görkəmli şəxsiyyətlərin irsinin daha dərindən tədqiqi məqsədi ilə birgə tədbirlərin keçirilməsi müzakirə edilib. 

Son xəbərlər

Orphus sistemi