İsraildə Azərbaycana aid olan əlyazmalar araşdırılacaq

İsraildə Azərbaycana aid olan əlyazmalar araşdırılacaq Arye Qut AMEA Əlyazmalar İnstitutunda olub
Elm və təhsil
13 Mart , 2015 10:09
İsraildə Azərbaycana aid olan əlyazmalar araşdırılacaq

Bakı. 13 mart. REPORT.AZ/ “Azərbaycan-İsrail” Beynəlxalq Assosiasiyası (Azİz) idarə heyətinin üzvü, beynəlxalq münasibətlər üzrə ekspert, Hayfa Universitetinin doktorantı Arye Qut AMEA Əlyazmalar İnstitutunda olub. Bu barədə “Report”a institutdan bildirilib.

İnstitutun elmi işlər üzrə direktor müavini, filologiya üzrə elmlər doktoru Aybəniz Əliyeva-Kəngərli qonağa qurumun fəaliyyəti barədə məlumat verib.

Görüşdə İsrail Milli Kitabxanası ilə Əlyazmalar İnstitutunun akademik əlaqələrinin genişləndirilməsi, İsrail arxivlərində saxlanılan Azərbaycan əlyazmalarının araşdırılması və ölkəyə gətirilməsi istiqamətində müzakirələr aparılıb.

A.Qut İsraildə Azərbaycana aid olan əlyazmaların üzə çıxarılmasında kömək göstərəcəyini qeyd edib.

Son xəbərlər

Orphus sistemi