Yuxarı

İsrail səfirinin müavini Bilik Fondunda olub

Görüşdə 2017-ci il üçün birgə tədbirlər planının hazırlanması təklif olunub

Bakı. 14 oktyabr. REPORT.AZ/ İsrailin Azərbaycandakı səfirinin müavini Amir Rom Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun qonağı olub.

Fondun İnformasiya təminatı sektorundan "Report"a verilən məlumata görə, Fondun icraçı direktoru Oktay Səmədov Azərbaycanın sülhsevər və çoxmillətli ölkə olduğunu qeyd edərək yəhudilərin əsrlər boyu burda azərbaycanlılarla dostluq və mehribanlıq şəraitində yaşadığını bildirib. Ölkələr arasında 1992-ci ildən qurulmuş diplomatik əlaqələrin yüksələn xətlə inkişaf etdiyini vurğulayan O.Səmədov siyasi, iqtisadi və mədəni sahədə əməkdaşlığın uğurlu nəticələr verdiyini də deyib.

Amir Rom deyib ki, İsrail və Azərbaycan arasında olan möhkəm əlaqələr iki ölkənin ictimaiyyəti arasında da dostluq münasibətlərinin güclənməsinə təkan verməlidir. Məqsədimiz qarşılıqlı münasibətlərin təkcə dövlət səviyyəsində deyil, həm də cəmiyyət arasında inkişafına dəstək olmaqdır. Bu baxımdan Bilik Fondunun gördüyü işlərin cəlbedici və diqqətəlayiq olduğunu bildirən Amir Rom maarifləndirici layihələrə qatılmağın hər iki ölkənin gənclərinin marağında olduğunu vurğulayıb. Qonaq İsraildə də Azərbaycanda gördüyü kimi multikultural mühitin hökm sürdüyünü diqqətə çatdıraraq birgə fəaliyyətin faydalı nəticələr verəcəyinə əminliyini bildirib.

Görüşdə Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu ilə İsrailin Azərbaycandakı səfirliyi arasında əməkdaşlığın detallarının geniş müzakirə olunması və 2017-ci il üçün birgə tədbirlər planının hazırlanması təklif olunub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi