Yuxarı

I sinfə şagird qəbulu ilə bağlı 7 ümumtəhsil müəssisəsində apelyasiya komissiyaları yaradılıb

Komissiyalar mayın 13-dən iyunun 12-nə və avqustun 12-dən sentyabrın 25-dək fəaliyyət göstərəcək

Bakı. 12 may. REPORT.AZ/ Bakı Şəhəri üzrə Təhsil İdarəsi paytaxtın 7 təhsil müəssisəsində apelyasiya komissiyası yaradıb. 

İdarədən "Report"a verilən xəbərə görə, buna səbəb 2015-2016-cı dərs ili üçün I sinfə şagird qəbulu prosesində valideynlərlə (digər qanuni nümayəndələrlə) ümumtəhsil müəssisələrində şagird qəbulunu həyata keçirən işçi qruplar arasında yarana biləcək mübahisələri həll etməkdir.

Komissiyalar mayın 13-dən iyunun 12-nə və avqustun 12-dən sentyabrın 25-dək fəaliyyət göstərəcək. Müraciətlərin qəbulu və baxılması hər həftənin III və V günləri saat 10:00-dan 16:00-dək həyata keçiriləcək. Həmin gün iş günü olmayan bayram gününə təsadüf etdiyi halda qəbul bir gün əvvəl təşkil olunacaq.

Apelyasiya komissiyalarının fəaliyyət göstərəcəyi ünvanlar aşağıdakılardır:

1. Binəqədi-Nəsimi rayonları üzrə - Binəqədi rayonu 276 nömrəli tam orta məktəb (Naxçıvani küçəsi 38)

2. Səbail-Yasamal rayonları üzrə - Səbail rayonu 2 nömrəli Texniki Humanitar Lisey (B. Sərdarov küçəsi 24)

3. Nizami-Nərimanov rayonları üzrə - Nizami rayonu 32 nömrəli tam orta məktəb (Özbəkistan küçəsi 3)

4. Qaradağ rayonu üzrə - Qaradağ rayonu 166 nömrəli tam orta məktəb (Lökbatan qəsəbəsi, Nizami küçəsi 4)

5. Xəzər-Pirallahı rayonları üzrə - Xəzər rayonu 156 nömrəli tam orta məktəb (Şüvəlan qəsəbəsi, A. İldırım küçəsi 38)

6. Suraxanı-Xətai rayonları üzrə - Xətai rayonu 95 nömrəli tam orta məktəb (Əhmədli qəsəbəsi, Q. Nəbi küçəsi 13)

7. Sabunçu rayonu üzrə - 252 nömrəli tam orta məktəb (Bakıxanov qəsəbəsi, Gənclik küçəsi 31)

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi