İşdən çıxarılan 53 nəfər dövlət qulluğuna qəbul üzrə imtahanda iştirak edib

İşdən çıxarılan 53 nəfər dövlət qulluğuna qəbul üzrə imtahanda iştirak edib İmtahanda iştirak etmək üçün qeydiyyatdan keçmiş 1537 namizəddən 466 nəfəri müvəffəqiyyət əldə edib
Elm və təhsil
22 Fevral , 2018 14:18
İşdən çıxarılan 53 nəfər dövlət qulluğuna qəbul üzrə imtahanda iştirak edib
Report

Bakı. 22 fevral. REPORT.AZ/ Dövlət İmtahan Mərkəzi (DİM) inzibati icraçı vəzifələrə aid vəzifə qrupları üzrə keçirilən imtahanda iştirak etmiş ilk dəfə dövlət qulluğuna işə qəbul olmaq istəyən və dövlət qulluğunda çalışan namizədlər haqqında statistik məlumatları açıqlayıb. 

DİM-in mətbuat xidmətindən "Report"a verilən məlumata görə, fevral 18-də inzibati vəzifələrin B növünə (inzibati icraçı vəzifələr) aid olan BA və BB qruplarına uyğun olan vəzifələr üzrə dövlət qulluğuna qəbul imtahanı keçirilib.

İmtahanda iştirak etmək üçün qeydiyyatdan keçmiş şəxlərdən 1029 nəfər ilk dəfə dövlət qulluğuna qəbul olmaq istəyən şəxslər olub. Onlardan 351 nəfər imtahanı müvəffəqiyyətlə verib.

İmtahanda iştirak edənlədən 508 nəfər isə məlumatları "Dövlət qulluqçularının reyestri" sisteminə daxil edilmiş şəxslərdən ibarət olub. Onlar müsabiqə və ya müsahibə yolu ilə işə qəbul edilənlər, müddətli əmək müqaviləsi və digər əsaslarla işə qəbul edilənlər və işdən azad edilənlər kateqoriyalarına bölünür.

İmtahanda iştirak etmək üçün qeydiyyatdan keçən birinci kateqoriyaya aid müsabiqə və ya müsahibə yolu ilə dövlət qulluğuna qəbul edilmiş şəxslərin sayı 67 nəfər olub. Hazırda bu şəxslər dövlət qulluğunda çalışırlar. Bu namizədlərdən 25 nəfər imtahandan uğurla keçib. Onlar müvafiq sertifikat əldə etməklə gələcəkdə daha yüksək vəzifələrdə çalışmaq imkanından istifadə edə bilərlər.

Mərkəzdən bildirilib ki, müddətli əmək müqaviləsi və digər əsaslarla işə qəbul edilən şəxlərdən isə 388 nəfər imtahanda iştirak etmək üçün qeydiyyatdan keçib və onlardan 78 nəfər müvəffəqiyyət əldə edib.

İşdən azad edilənlər kateqoriyasına aid şəxslərdən isə 53 nəfər imtahanda iştirak etmək üçün qeydiyyatdan keçmiş və onlardan 12 nəfər uğur əldə edib.

Xatırladaq ki, ümumilikdə imtahanda iştirak etmək üçün qeydiyyatdan keçmiş 1537 namizəddən 466 nəfəri (30.3%) müvəffəqiyyət əldə edib.

Məlumata görə, test imtahanını uğurla vermiş şəxslər müsahibələrdə iştirak etmək üçün qeydiyyatdan keçə bilərlər. Hazırda 26 yanvar, 7 və 8 fevral tarixlərində elan olunmuş müsahibələrə isə qeydiyyat davam edir. 26 yanvar tarixində elan olunan müsahibədə Təhsil Nazirliyi rayon təhsil şöbələrində inzibati vəzifələrin 7-ci təsnifatına uyğun olan icraçı vəzifələr üzrə 189 vakant yer, 7 fevral tarixində elan olunanmüsahibədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi üzrə inzibati vəzifələrin 6-7-ci təsnifatlarına uyğun olan 518 vakant yer, 8 fevral tarixində elan olunan müsahibədə isə 11 dövlət orqanında inzibati vəzifələrin 5-7-ci təsnifatlarına uyğun olan icraçı vəzifələr üzrə 193 vakansiya təqdim olunub. Bu imtahandan uğur qazanan və sertifikat əldə edən şəxslər həmin vakant vəzifələr üzrə müsahibələrdə iştirak edə bilərlər.

Son xəbərlər

Orphus sistemi