İsa Həbibbəyli: "Prezidentin məni təltif etməsi xəbərini sizdən eşidirəm"

İsa Həbibbəyli: "Prezidentin məni təltif etməsi xəbərini sizdən eşidirəm" Prezidentin məni təltif etməsi xəbərini sizdən eşidirəm. Hələ ki, oxumamışam, xəbərim yoxdur. Sizə də təşəkkür edirəm ki, bu şad xəbəri mənə çatdırmısınız.
Elm və təhsil
15 Oktyabr , 2019 16:40
İsa Həbibbəyli: Prezidentin məni təltif etməsi xəbərini sizdən eşidirəm

"Prezidentin məni təltif etməsi xəbərini sizdən eşidirəm. Hələ ki, oxumamışam, xəbərim yoxdur. Sizə də təşəkkür edirəm ki, bu şad xəbəri mənə çatdırmısınız". 

Bunu "Report"a açıqlamasında AMEA-nın vitse-prezidenti, Dövlət Dil Komissiyasının üzvü, akademik İsa Həbibbəyli Prezident İlham Əliyevin imzaladığı sərəncamla 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi barədə danışarkən deyib.

"Cənab Prezidentə dərin minnətdarlığımı bildirirəm. Mən hazırda hava limanındayam, xaricə getmək üçün elə bu dəqiqə təyyarəyə minirəm. Ona görə də geniş danışa bilmirəm. Mən bundan sonra da üzərimə düşən vəzifələri məsuliyyətlə yerinə yetirəcəyəm", - deyə İ.Həbibbəyli bildirib.

Qeyd edək ki, Prezident İlham Əliyev İsa Həbibbəylinin 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. Oktyabrın 16-da İ.Həbibbəylinin 70 yaşı tamam olur.

Son xəbərlər

Orphus sistemi