İran səfiri Bakı Dövlət Universitetində olub

İran səfiri Bakı Dövlət Universitetində olub Səfir BDU ilə əməkdaşlığı yüksək qiymətləndirib
Elm və təhsil
6 Sentyabr , 2016 15:45
İran səfiri Bakı Dövlət Universitetində olub

Bakı. 6 sentyabr. REPORT.AZ/ İranın Azərbaycandakı səfiri Möhsün Pakayin və İran Mədəniyyət Mərkəzinin rəhbəri İbrahim İbrahimi Bakı Dövlət Universitetində olublar.

BDU-dan "Report"a verilən məlumata görə, rektor Abel Məhərrəmov Azərbaycan, İran və Rusiya prezidentlərinin üçtərəfli zirvə görüşünün əhəmiyyətindən danışan rektor, görüşün ölkələrarası münasibətlərin daha yüksək səviyyəyə qalxmasına yaxşı imkanlar yaradacağını qeyd edib.

Eyni zamanda, İran universiteləri ilə əlaqələrdən bəhs edən rektor, BDU-da fars dili və ədəbiyyatının tədrisi, birgə elmi əməkdaşlıq və digər bu kimi işləri yüksək qiymətləndirərək bütün bu faəliyyətlərdə səfirlik və Mədəniyyət Mərkəzinin dəstəyini xüsusilə qeyd edib.

Tehran Universitetinin rektoru, doktor Nili Əhmədabadinin BDU-nun 95 illik yubileyində iştirakını, əməkdaşlığa dair müqavilənin imzalandığını diqqətə çatdıran rektor, ötən il adıçəkilən universitetin 80 illik yubileyinə qatıldığını və bütün bu səfərlərin əməkdaşlığın inkişafina təsirsiz ötüşmədiyini bildirib.

Möhsün Pakayin, öz növbəsində, səfir kimi fəaliyyət göstərdiyi dörd il müddətində BDU ilə əməkdaşlığı yüksək qiymətləndirib, bütün bu işlərin təşkili üçün universitet rəhbərliyinə minnətdarlığını bildirib.

Görüşdə həmçinin Təbriz Universiteti rektorunun rəhbərlik etdiyi nümayəndə heyətinin BDU-ya səfərinin nəzərdə tutulduğu diqqətə çatdırılıb, universitetdə fars dili və ədəbiyyatının yeni istiqamətdə tədrisi, kadr hazırlığı, nanotexnologiya sahəsində müəllim və tələbə mübadiləsi məsələləri də müzakirə edilib.

Son xəbərlər

Orphus sistemi