İqtisad Universitetinin tələbələri onlayn sınaq imtahanı verə biləcəklər

İqtisad Universitetinin tələbələri onlayn sınaq imtahanı verə biləcəklər "Özünü sına" onlayn sınaq imtahanı portalı ölkə universitetləri arasında ilk dəfə ADİU-da tətbiq olunur
Elm və təhsil
4 Fevral , 2015 13:32
İqtisad Universitetinin tələbələri onlayn sınaq imtahanı verə biləcəklər

Bakı. 4 fevral. REPORT.AZ/ Azərbaycan Dövlət İqtisad Universitetinin (ADİU) tələbələri test imtahanlarına hazırlaşarkən sınaq imtahanı verə biləcəklər. Bu barədə "Report"a ADİU-nun Marketinq və Kommunikasıya Departamentindən məlumat verilib.

"Özünü sına" onlayn sınaq imtahanı portalı ölkə universitetləri arasında ilk dəfə ADİU-da tətbiq olunur. Bunun üçün istifadəçilər "sinaqimtahani.net" saytında qeydiyyatdan keçməlidirlər. Sınaq imtahanın nəticələri istifadəçinin şəxsi kabinetində saxlanılır. Portal bütün müasir platformalarda dəstəklənir. Layihə tələbələrin imtahanlara psixoloji hazırlanmasına da kömək edəcək.

Tələbə, magistr və dinləyicilər üçün nəzərdə tutulan saytda ADİU-da Azərbaycan, rus və ingilis dilində tədris edilən bütün fənnlər (340-dan artıq) üzrə test bazası yerləşdirilib. Gələcəkdə isə buraya Azərbaycan dili üzrə imtahan proqramları, həmçinin xarici dil biliklərinin artırılmasına xidmət edən xüsusi proqramlar yüklənməsi nəzərdə tutulub. Qısa müddət ərzində portalda 14 mindən çox istifadəçi qeydiyyatdan keçib. Sınaq imtahanında 300 min dəfədən artıq iştirak qeydə alınıb.

Qeyd edək ki, "Özünü sına"- ADİU-nun İnformatika və idarəetmə fakültəsinin II kurs tələbəsi Fəqan Çələbizadənin startap layihəsidir.

Son xəbərlər

Orphus sistemi