Yuxarı

İqtisad Universitetinin kafedra müdiri vəfat edib - FOTO

O, Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında Müdafiə Şurasının üzvü olub

Bakı. 27 oktyabr. REPORT.AZ/ Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) kafedra müdiri vəfat edib. "Report" xəbər verir ki, UNEC-in "Beynəlxalq münasibətlər" kafedrasının müdiri, tarix elmləri doktoru, professor Bəhruz Abdullayev 80 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, Bəhruz Abdullayev 1935-ci ildə Qazax rayonunun Qaymaqlı kəndində dünyaya gəlib. Orta məktəbi kənddə bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Tarix fakültəsinə daxil olub. 1959-cu ildə ali məktəbi bitirdikdən sonra Elmlər Akademiyasının Tarix institutunda elmi işçi vəzifəsində çalışıb. Azərbaycan Politexnik İnstitutunda pedaqoji fəaliyyət göstərib, sonralar pedaqoji fəaliyyətini Azərbaycan Xalq Təsərrüfatı İnstitutunda (indiki UNEC) davam etdirib. 1965-ci ildə tarix elmləri namizədi alimlik dərəcəsi alıb və uzun müddət Azərbaycanın ali məktəblərində ictimai-siyasi fənlərdən mühazirələr oxuyub. 1985-ci ildə tarix elmləri doktoru alimlik dərəcəsi alıb.

Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında Müdafiə Şurasının üzvü olub. Azərbaycan Prezidentinin sərəncamı ilə "Əməkdar müəllim" fəxri adına layiq görülüb, "Tərəqqi" medalı ilə təltif olunub. 

100-dən artıq elmi əsərin, o cümlədən 3 mo­noqrafiyanın, 5 elmi-kütləvi kitabın, çoxsaylı dərslik, dərs vəsaiti və metodik göstərişlərin müəllifidir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi