İqtisad Universiteti 5 fakültə üçün dekan axtarır - SİYAHI

İqtisad Universiteti 5 fakültə üçün dekan axtarır - SİYAHI Universitetdə həmçinin kafedralar üzrə boş olan vəzifələrə görə də elan verilib
Elm və təhsil
16 Yanvar , 2015 10:43
İqtisad Universiteti 5 fakültə üçün dekan axtarır - SİYAHI

Bakı. 16 yanvar. REPORT.AZ/ Azərbaycan Dövlət İqtisad Universiteti (ADİU) 5 fakültədə vakant dekan vəzifəsini tutmaq üçün müsabiqə elan edib. "Report" xəbər verir ki, bu sıraya universitetin iqtisadiyyat və sənaye, maliyyə, biznes inzibatçılığı, beynəlxalq iqtisadi münasibətlər və kommersiya fakültələri aiddir.

ADİU-da dekan vəzifəsi ilə yanaşı, kafedralar üzrə boş olan vəzifələrə görə də elan verilib.

Qeyd olunan vəzifələri tutmaq üçün müsabiqədə yalnız mövcud əsasnamənin tələblərinə uyğun namizədlər iştirak edə bilərlər. Ali təhsil müəssisələrində kafedra müdiri, dekan və dekan müavini vəzifələrinin tutulması qaydalarının təsdiqi barədə Təhsil Nazirliyinin müvafiq əmrinə əsasən iddiaçılar ərizələrinə kadrlar uçotunun şəxsi vərəqəsini, tərcümeyi-halı, ali təhsil (baza təhsili) haqqında diplomun surətini, elmi dərəcə haqqında diplomun surətini, elmi ad haqqında diplomun surətini, eləcə də elmi və elmi-metodik işlərin siyahısını əlavə etməlidirlər.

Sənədlər fevralın 24-dək qəbul olunacaq. Müsabiqədə iştirak etmək üçün sənədlər rektorun adına yazılmış ərizə ilə birlikdə universitetin əsas binasında II mərtəbəyə aidiyyəti şöbəyə təqdim olunmalıdır.

Qeyd edək ki, 2014-cü il martın 5-də prezident İlham Əliyevin sərəncamı ilə Ələkbər Muradov ADİU-nun rektoru vəzifəsinə təyin edilib. O, rektor təyinatından sonra ali məktəbdə bir sıra islahatlar həyata keçirib.

Son xəbərlər

Orphus sistemi