​İordaniya səfiri Bilik Fondunda olub

​İordaniya səfiri Bilik Fondunda olub Gələcək görüşlərdə fəaliyyət planının detallarının müzakirə olunacağı qərara alınıb
Elm və təhsil
16 May , 2016 17:22
​İordaniya səfiri Bilik Fondunda olub

Bakı. 16 may. REPORT.AZ/ İordaniya Haşimilər Krallığının Azərbaycandakı səfiri Nassar İbrahim Məhəmməd əl-Habaşneh Bilik Fondunun qonağı olub.

Bu barədə "Report"a Fonddan bildirilib.

Azərbaycanla İordaniya arasında 1993-cü ildən başlayan diplomatik əlaqələrin yüksələn xətt üzrə inkişaf etdiyini deyən icraçı direktor Oktay Səmədov "Azərbaycan Respublikası Hökuməti və İordaniya Haşimilər Krallığı Hökuməti arasında əməkdaşlığa dair Çərçivə Sazişi"nin olduğunu xatırladaraq, maarifləndirmə sahəsində Bilik Fondu ilə səfirlik arasında ikitərəfli Fəaliyyət Planının imzalanmasının iş birliyinə töhfə verə biləcəyini deyib.

Nassar İbrahim Məhəmməd əl-Habaşneh Azərbaycanın unikal multikultural təcrübəsinin bütün dünyada örnək ola biləcəyini bildirib.

Gələcək görüşlərdə fəaliyyət planının detallarının müzakirə olunacağı qərara alınıb. 

Son xəbərlər

Orphus sistemi