Yuxarı

İnzibati icraçı vəzifələr üzrə test imtahanından keçən şəxslərin sertifikat əldə etməsi üçün qeydiyyat başlayıb

İnzibati icraçı vəzifələr üzrə test imtahanından keçən şəxslərin sertifikat əldə etməsi üçün qeydiyyat başlayıb
© Report

Bakı. 19 fevral. REPORT.AZ/ İnzibati icraçı vəzifələrə (B növ) aid olan vəzifə qrupları üzrə keçirilən test imtahanından müvəffəqiyyət əldə edən şəxslərin sertifikat əldə etmək üçün qeydiyyatına başlanılıb.

Dövlət İmtahan Mərkəzindən (DİM) "Report"a verilən məlumata görə, namizədlər sertifikat əldə etmək üçün fevralın 19‑dan martın 2-dək https://eservices.dim.gov.az/dqq/Xidmet/CertReg keçidinə daxil olaraq müraciət formasını doldurmalıdırlar. 

Namizədin təqdim etdiyi məlumatların düzgünlüyünün yoxlanılması məqsədi ilə ali təhsil haqqında sənədin surəti və əmək kitabçasının surəti (olduğu halda) skan edilmiş surətləri formaya əlavə edilir. 

Müraciət formasına daxil edilən məlumatların və əlavə edilən sənədlərin düzgünlüyünün dövlət elektron informasiya vasitələri ilə yoxlanılması mümkün olmadığı halda, namizəd həmin sənədin (sənədlərin) müəyyən edilmiş qaydada təsdiq olunmuş surətlərini və ya eyniləşdirmə məqsədi ilə həmin sənədlərin əslini 5 (beş) iş günü müddətində DİM-ə (Gənclik binası, AZ1110, Bakı şəhəri, K.Rəhimov küçəsi, 874-cü məhəllə) təqdim etməlidir.

Qeyd edək ki, inzibati vəzifələrin müvafiq altqrupu üzrə Sertifikata malik olan şəxs Sertifikatda nəzərdə tutulmuş vəzifə, habelə həmin altqrupun aid olduğu qrup daxilində daha aşağı altqruplara uyğun olan vəzifə üzrə keçirilən müsahibələrdə iştirak edə bilər. Elan edilmiş müsahibədə iştirak üçün müraciət edən namizəd qanunvericiliklə müəyyən edilmiş vakant vəzifələrin tutulmasının ümumi şərtlərinin tələblərinə cavab verməlidir. Ümumi şərtlərin tələblərinə cavab verməyən namizəd müsahibədə iştirak edə bilməz.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi