İnstitut direktoru: "Yeni orfoqrafiya lüğətində qaydalar 2 dəfə artırılacaq, bəzi sözlər bir samitlə yazılacaq"

İnstitut direktoru: "Yeni orfoqrafiya lüğətində qaydalar 2 dəfə artırılacaq, bəzi sözlər bir samitlə yazılacaq" Möhsün Nağısoylu: "Lüğətə həmçinin yeni maddələr daxil edilib"
Elm və təhsil
28 Dekabr , 2017 17:00
İnstitut direktoru: Yeni orfoqrafiya lüğətində qaydalar 2 dəfə artırılacaq, bəzi sözlər bir samitlə yazılacaq
AMEA-nın­ Dilçilik İnstitunun direktoru Möhsün Nağısoylu / Report/ Orkhan Azim

Bakı. 28 dekabr. REPORT.AZ/ "Yeni orfoqrafiya lüğətində qaydalar 2 dəfə artırılacaq".

"Report" xəbər verir­ ki, bunu Azərbayca­n­­ Milli Elmlər Akade­­mi­yasında Dövlət Dil­ Komissiyasının iclasında AMEA-nın­ Dilçilik İnstitutunun direktoru Möhsün Nağısoylu deyib.

O bildirib ki, hazırkı lüğətdə 36 orfoqrafiya qaydası var: "Növbəti orfoqrafiya lüğətində isə 62 orfoqrafiya qaydası olacaq. Lüğətə həmçinin yeni maddələr daxil edilib".

M.Nağısoylu qeyd edib ki, təzə orfoqrafiya lüğətində yeni maddələr var: "Məsələn, 2 samitlə yazılan bəzi sözlər artıq bir samitlə yazılacaq. Məsələn,"ekspress"-"ekspres", "ssenari" - "senari" olacaq. Həmçinin bəzi sözlərin defislə yazılması təklif olunub. Məsələn, web-səhifə və s. Bir də "idi" hissəciyinin bəzi sözlərdə bitişik yazılması təklif edilib. Məsələn, "almalı idi"nin həmişə "almalıydı" kimi yazılması təklif olunur".

Son xəbərlər

Orphus sistemi