“İnklüziv Təhsil və Uşaq İnkişaf Mərkəzi”ndə" silsilə tədbirlər keçirilib

“İnklüziv Təhsil və Uşaq İnkişaf Mərkəzi”ndə" silsilə tədbirlər keçirilib Tədbir Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həs olunub
Elm və təhsil
2 İyun , 2016 20:41
“İnklüziv Təhsil və Uşaq İnkişaf Mərkəzi”ndə silsilə tədbirlər keçirilib

Bakı. 2 iyun. REPORT.AZ/ Uşaqların Beynəlxalq Müdafiəsi Günü (1 iyun) münasibətilə Gənclər üçün Təhsil Mərkəzi (GTM) Qarabağ Regional ofisi nəzdində fəaliyyət göstərən “İnklüziv Təhsil və Uşaq İnkişaf Mərkəzi” silsilə tədbirlər keçirib.

GTM-in mətbuat xidmətindən “Report”a verilən məlumata görə, əvvəlcə Ağcabədi rayon, Uşaq Gənclər Şahmat məktəbi ilə birlikdə xüsusi qayğıya ehtiyacı olan uşaq və gənclərin iştirakı ilə şahmat turniri təşkil edilib.

Şahmat məktəbinin direktoru Cavanşir Məmmədov uşaqları təbrik edərək deyib ki, 1 iyun dünyada Uşaqların Beynəlxalq Müdafiə Günü kimi qeyd olunur: “Bu, təsadüfi deyil, çünki müasir dövrdə uşaqların problemlərinin həlli, uşaq hüquqlarının qorunması ən aktual vəzifələrdən biridir. Uşaqların yüksək qayğı ilə əhatə olunması, əlverişli mənəvi və sosial mühitdə böyüməsi üçün zəruri şəraitin yaradılması, hərtərəfli şəxsiyyət və layiqli vətəndaş kimi formalaşması əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət uşaq siyasətinin prioritet istiqamətlərindən birini təşkil edir".

Sonra GTM Qarabağ ofisinin rəhbəri Radə Qafarova uşaqlara yarışda uğurlar arzulayaraq yaratdığı şərait üçün Şahmat məktəbinə və onun bütün kollektivinə minnətdarlığını bildirib.

Növbəti tədbir “İnklüziv Təhsil və Uşaq İnkişaf Mərkəzi”ndə təşkil edilib. Tədbirdə YAP Ağcabədi rayon təşkilatı qadınlar Şurasının üzvləri, Üzeyir Hacıbəyli adına Ağcabədi şəhər İncəsənət məktəbinin ,1,2 və 8 saylı Uşaq –baxçası körpələr evlərinin uşaq və müəllim kollektivləri və valideyinlər qatılıblar.

Tədbir uşaqların hazırladıqları maraqlı konsert praqramı ilə davam edib.

Son xəbərlər

Orphus sistemi