​İnformasiya Texnologiyaları İnstitutunda Polşanın “Plagiat.pl” şirkətinin yeni antiplagiat sistemi təqdim olunub

​İnformasiya Texnologiyaları İnstitutunda Polşanın “Plagiat.pl” şirkətinin yeni antiplagiat sistemi təqdim olunub Şirkət dünyanın bir çox ölkələrində 300-dən artıq ali təhsil müəssisəsinə xidmət göstərir
Elm və təhsil
13 May , 2016 04:13
​İnformasiya Texnologiyaları İnstitutunda Polşanın “Plagiat.pl” şirkətinin yeni antiplagiat sistemi təqdim olunub

Bakı. 13 may. REPORT.AZ/ Polşanın “Plagiat.pl” şirkətinin regional direktoru Əli Təhməzov AMEA İnformasiya Texnologiyaları İnstitutunun elmi seminarında şirkətin mütəxəssisləri tərəfindən hazırlanan antiplagiat sistemini təqdim edib. “Report” instituta istinadən bildirir ki, dünyanın bir çox ölkələrində 300-dən artıq ali təhsil müəssisəsinə xidmət göstərdiyini deyən Ə.Təhməzovun sözlərinə görə, şirkət Polşa, Rumıniya, Almaniya, Moldova, Kolumbiya, Qazaxıstan və Azərbaycandakı sifarişçiləri proqramlarla təmin edir.

Direktorun dediklərinə əsasən, alim, mütəxəssis və tələbələrin tədqiqat işlərini plagiatlıqdan qorumağa xidmət edən Ümumdünya Antiplagiatlıq Şəbəkəsinin yaradılması məqsədilə ali məktəblər, hökumət orqanları və nəşriyyatlar ilə sıx əməkdaşlıq əlaqələriqurulub: “Şirkətin hazırladığı “StrikePlagiarism” sistemi müxtəlif mətnlərdən köçürülən fraqmentləri aşkar etməyə imkan verir. Təhsil və tədris müəssisələrində yeni antiplagiat sistemindən geniş tətbiq olunur. Hazırda Polşanın 250-dən çox universiteti antiplagiat proqramına qoşulub. Burada qəbul edilən yeni qanuna əsasən bakalavr işi, magistr və doktorluq dissertasiyalarının yoxlanılması məcburidir. Rumıniyada isə 40-dan çox universitet antiplagiat proqramından istifadə edir. Ölkədə doktorluq dissertasiyalarının orijinallığının yoxlanılması və arxivləşdirilməsinə yönələn bir sıra dövlət layihələri həyata keçirilir. Sözügedən antiplagiat sistemiAzərbaycandaTəhsil Nazirliyi tərəfindən yüksək qiymətləndirilir. Bu proqram artıq Azərbaycanın bir neçə universitetində geniş tətbiq olunur”.

Ə.Təhməzov bildirib ki, plagiatın kompleks həlli təhsilin keyfiyyətinin yüksəldilməsi, elmin inkişafı üçün əlverişli infrastrukturun yaradılması, elmi işlərin orijinallığını təsdiqləyən etibarlı informasiyanın əldə edilməsi və cəmiyyətdə şəffaflığın təmin olunması baxımından mühüm əhəmiyyətə malik olan “StrikePlagiarism” sistemindən istənilən dildə istifadə etmək mümkündür.

Daha sonra çıxış edən AMEA-nın akademik-katibi, AMEA İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev qeyd edib ki, bu sahədə qabaqcıl texnologiyaların tətbiqi ölkədə qeyri-neft sektorunun inkişafı və biliklər iqtisadiyyatının bərqərar olmasında mühüm rol oynayan prioritet istiqamətlərdəndir: “Ölkədə Təhsil Nazirliyi, AMEA, Müəllif Hüquqları Agentliyi, eləcə də bir çox universitetlər və müvafiq qurumlarda plagiatla mübarizəyə yönələn innovativ layihələr həyata keçirilir.Müasir informasiya cəmiyyəti quruculuğu şəraitində internetin verdiyi imkanlardan sui-istifadə hallarıgeniş vüsət alıb. İntellektual mülkiyyətin, müəllif hüquqlarının qorunması və plagiatlıqla mübarizə problemlərinə elmi və hüquqi müstəvidə baxılmasızəruridir. Dünyanın inkişaf etmiş ölkələrində müəllif hüquqlarının pozulması cinayət hesab olunur. Bu istiqamətdə qəbul edilən qanunlar çərçivəsində ciddi tədbirlər görülür. Sözügedən sahədə xarici təcrübəyə əsaslanmaq, normativ-hüquqi bazanın inkişaf etdirilməsi olduqca vacibdir”.

Qeyd edək ki, 2002-ci ildə fəaliyyətə başlayan Polşanın “Plagiat.pl” şirkətinin əsas məqsədi müəllif hüquqları pozuntuları və intellektual mülkiyyətdən icazəsiz istifadə olunmasına qarşı mübarizə aparmaqdır.

Son xəbərlər

Orphus sistemi