İndiyədək SOCAR-ın Təqaüd Proqramında 249 nəfər iştirak edib

İndiyədək SOCAR-ın Təqaüd Proqramında 249 nəfər iştirak edib Onlardan 203 nəfəri təhsilini başa vuraraq Azərbaycana qayıdıb və işlə təmin olunub
Elm və təhsil
10 Fevral , 2015 18:19
İndiyədək SOCAR-ın Təqaüd Proqramında 249 nəfər iştirak edib

Bakı. 10 fevral. REPORT.AZ/ Bu gün Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) xaricdə təhsillə bağlı Təqaüd Proqramı Müsabiqə Komissiyasının növbəti iclası keçirilib. Bu barədə "Report"a SOCAR-ın mətbuat xidmətindən məlumat verilib.

İclada qeyd olunub ki, istedadlı və perspektivli gənclərin SOCAR-ın vəsaiti hesabına xarici ölkələrin aparıcı universitetlərində təhsilini təşkil etmək məqsədilə Xarici Təqaüd Proqramı çərçivəsində həyata keçirilən işlər uğurla davam etdirilir. Bu günədək SOCAR-ın Təqaüd Proqramında 249 nəfər iştirak edib. Hazırda onlardan 22 nəfər bakalavr, 23 nəfər magistr pilləsi üzrə, 1 nəfər isə uzmanlıq təhsilini Avropa, ABŞ və Türkiyənin yüksək reytinqli universitetlərində davam etdirir. İndiyədək 203 nəfər (bakalavr pilləsi üzrə 34, magistr pilləsi üzrə 167, uzmanlıq üzrə isə 2 məzun) təhsilini başa vuraraq vətənə qayıdıb və SOCAR-ın idarə və müəssisələrində ixtisaslarına uyğun işlə təmin olunublar. Məzunlardan 23 nəfəri SOCAR-ın idarə və müəssisələrində rəhbər vəzifələrdə calışır, qalanlar ixtisasları üzrə şirkətin müxtəlif struktur bölmələrinə təyinat alıb.

Yığıncaqda 2015-2016-cı tədris ili üçün ixtisas qrupları üzrə minimum TQDK balları müzakirə edilib və yeni tədris ili (2015-2016-cı illər) müddətində xaricdə təhsillə bağlı Təqaüd Proqramının ixtisas qrupları üzrə təqdim olunmuş kvotalara baxılıb.

İclasda bakalavr təhsilini Türkiyənin Orta Doğu Texniki Universitetində, magistr təhsilini isə ABŞ-ın Kolumbiya Universitetində almış Vüqar Abdullayev komissiya üzvləri qarşısında hesabatla çıxış edib. O, təhsil aldığı ixtisas və ali təhsil ocaqları, eləcə də Azərbaycanın təbliğatı istiqamətində ictimai fəaliyyəti barədə ətraflı məlumat verib. Daha sonra SOCAR-ın Təqaüd Proqramına namizədliyini irəli sürmüş Nural Muradlı səsvermə əsasında proqrama qəbul edilib.

Son xəbərlər

Orphus sistemi