Yuxarı
    Bağlamaq

    İndiyə qədər ali məktəblərə və kolleclərə 29 minə yaxın abituriyent sənəd verib

    Ali təhsil müəssisələrinə sənəd qəbulu aprelin 10-dək internet vasitəsilə aparılacaq© Report.az

    Bakı. 28 mart. REPORT.AZ/ Ali təhsil müəssisələrinin I-V ixtisas qruplarına və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə sənəd qəbulu davam edir.

    “Report” xəbər verir ki, bu gün səhər saatlarına olan satistikaya əsasən ümumilikdə 28 946 abituriyent qeydiyyatdan keçib.

    Onlardan 27 108-i I-IV ixtisas qrupuna imtahan verənlərdir. 9 551 abituriyent V ixtisas qrupuna, 8 074-ü isə tam orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün sənəd verib.

    Qeydiyyatdan keçən 28 946 abituriyentdən 26 335-i qəbul imtahanının I mərhələsində (yaz imtahanlarında) iştirak edəcək.

    Rus bölməsini seçən 4 555 abituriyent isə aprelin 9-da keçiriləcək “Azərbaycan dili” fənni üzrə test imtahanına qatılacaq. 2016-cı ildə “Azərbaycan dili” fənni üzrə test imtahanında “məqbul” alan 184 abituriyent isə cari ildə bu imtahanda iştirak etmədən müsabiqəyə buraxılacaqlar.

    Qeyd edək ki, ali təhsil müəssisələrinə sənəd qəbulu aprelin 10-dək internet vasitəsilə aparılacaq. I-IV qruplar üzrə qəbul imtahanı (ilk imtahan) aprel-may aylarında, ikinci imtahan isə iyul ayında keçiriləcək. Orta ixtisas təhsili müəssisələrinə tam orta təhsil bazasında qəbul imtahanı əvvəlki illərin məzunları üçün isə iyul ayında baş tutacaq. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi