Yuxarı

Məhəbbət Vəliyeva: "İmtahanda namizədin hansı masa arxasında oturmasının heç bir əhəmiyyəti yoxdur"

İmtahanda namizədin hansı masada oturmasının əhəmiyyəti yoxdur

“Müəllimlərin işə qəbulu üzrə keçirilən imtahanlarda namizədin hansı masa arxasında oturmasının heç bir əhəmiyyəti yoxdur”.

Bunu “Report”un sualını cavablandıran Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva deyib.

Onun sözlərinə görə, hər bir namizəd oturduğu masadan asılı olmayaraq, kompüterdə şəxsiyyət vəsiqəsinin FİN kodunu daxil etməklə şəxsi kabinetinə giriş imkanı əldə edir: “Onun şəxsi kabinetində imtahan verəcəyi bölmə ilə bağlı suallar çıxır. Şəxsi kabinetə isə iştirakçıdan başqa heç kim daxil ola bilməz. Təbii ki, şəxsiyyət vəsiqəsi vətəndaşın özü tərəfindən idarə edilirsə”.

“Bir faktı da qeyd edim ki, imtahan keçirilən 10 gün müddətində başqasının şəxsiyyət vəsiqəsi ilə imtahana girmək cəhdi də olub. Bu cəhdlərin qarşısı imtahan təşkilatçıları tərəfindən vaxtında alınıb və bununla bağlı Təhsil Nazirliyi müvafiq addımlar atacaq. Odur ki, imtahan iştirakçısının hansı masa arxasında oturmasından asılı olmayaraq, imtahan müddətində şəxsi kabinetinə şəxsən özü daxil ola bilər”, - nazir müavini qeyd edib.

M.Vəliyeva vurğulayıb ki, bu gün Azərbaycan məktəblərinə ən yaxşı müəllimlərin seçilməsi və işlə təmin olunması Təhsil Nazirliyinin qarşısında duran prioritet istiqamətdir: “İmtahanın keçirilməsi və 48 mindən artıq insanın bu imtahanda iştirak etməsi müəllimlik peşəsinə olan marağın bariz nümunəsidir”.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi