İlk sınaq imtahanında 50 minə yaxın abituriyentin iştirakı gözlənilir

İlk sınaq imtahanında 50 minə yaxın abituriyentin iştirakı gözlənilir TQDK aprelin 5-də 29 şəhər və rayonda sınaq imtahanı keçirəcək
Elm və təhsil
1 Aprel , 2015 14:41
İlk sınaq imtahanında 50 minə yaxın abituriyentin iştirakı gözlənilir

Bakı. 1 aprel. REPORT.AZ/ Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) ali və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər üçün sınaq imtahanlarına başlayır. TQDK-dan "Report"a verilən xəbərə görə, ilk sınaq imtahanı aprelin 5-də respublikanın 29 şəhər və rayonunda ümumilikdə 61 binada təşkil olunacaq.

İmtahanda iştirak etmək üçün 48 343 abituriyent qeydiyyatdan keçib. İmtahan binalarına buraxılış yalnız abituriyentin özünün şəxsiyyət vəsiqəsi və imtahana buraxılış vərəqəsi əsasında həyata keçiriləcək.

Son xəbərlər

Orphus sistemi