​İlk Azərbaycan-Qırğız danışıq kitabçası üzərində iş başa çatıb

​İlk Azərbaycan-Qırğız danışıq kitabçası üzərində iş başa çatıb Kitab sentyabrda işıq üzü görəcək
Elm və təhsil
12 May , 2016 00:56
​İlk Azərbaycan-Qırğız danışıq kitabçası üzərində iş başa çatıb

Bakı. 12 may. REPORT.AZ/ Azərbaycan-Qırğız danışıq kitabçası üzərində iş başa çatıb. İkitərəfli münasibətlər tarixində ilk danışıq kitabının yayın sonunda işıq üzü görəcəyi gözlənilir.

"Report" xəbər verir ki, bu barədə çərşənbə günü Qırğızıstan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

"Qırğızıstanın Azərbaycandakı səfirliyinin bu layihəsi iki ölkə arasında tarixi əlaqələr və sıx dostluq münasibətlərinin növbəti təzahürüdür. Danışıq kitabçasının tərtib olunması ideyasının özü 2016-cı ilin Qırğızıstanda Tarix və mədəniyyət ili, Azərbaycanda isə Multikulturalizm ili elan olunması ilə əlaqəlidir", — deyə mətbuat xidmətindən bildirilib.

Qısa lüğətin də daxil olduğu danışıq kitabçasının tərtib olunması üzərində iki ölkənin dilçiləri işləyib.

"Tərtib olunan Azərbaycan-Qırğız danışıq kitabçası həm işgüzar, həm də turizm məqsədilə Qırğızıstana gedən bütün Azərbaycan vətəndaşları üçün nəzərdə tutulub", — deyə məlumatda qeyd olunub.

Danışıq kitabçasının təqdimatı cari ilin sentyabr ayına planlaşdırılır. Hazırda Qırğızıstanın Azərbaycandakı diplomatik nümayəndəliyi kitabın nəşri üçün bir sıra investorla danışıqlar aparır.

Qırğızıstan və Azərbaycan dili eyni türk dilləri qrupuna daxildir və bir çox cəhətdən bir-birinə çox bənzəyir.

Son xəbərlər

Orphus sistemi