İlin ikinci Günəş tutulması hadisəsi başlayıb

İlin ikinci Günəş tutulması hadisəsi başlayıb Bakı. 13 iyul. REPORT.AZ/ İlin ikinci Günəş tutulması hadisəsi başlayıb.
Elm və təhsil
13 İyul , 2018 05:48
İlin ikinci Günəş tutulması hadisəsi başlayıb

Bakı. 13 iyul. REPORT.AZ/ İlin ikinci Günəş tutulması hadisəsi başlayıb.

"Report" xəbər verir ki, təbiət hadisəsi bu gün saat 05:48-də qeydə alınıb. Tutulmanın maksimumu saat 07:01-də, sona çatması isə 08:13-də olacaq. 

Tutulma hadisəsi Avstraliyanın cənub ucqarı ilə Antarktidanın aralığında müşahidə ediləcək. Həmin ərazidə isə demək olar ki, insanlar yaşamır.

Qeyd edək ki, üçüncü Günəş tutulması hadisəsi avqustun 11-də saat 12:02:08-də başlayacaq. Tutulmanın maksimumu saat 13:46:24-də, sona çatması isə 15:30:40-da olacaq. Sonuncu tutulma şimal yarım kürəsində müşahidə olunacaq. Təbiət hadisəsini Rusiyanın, demək olar ki, bütün ərazisində hiss etmək olacaq. Proses Şərqi Asiya hissəsindən başlayıb Rusiyanın bütün hissəsini əhatə edəcək.       

Son xəbərlər

Orphus sistemi