İki rayonun müəllim və valideynlərinin müraciətləri dinləniləcək

İki rayonun müəllim və valideynlərinin müraciətləri dinləniləcək Bakı. 23 yanvar. REPORT.AZ/ Yanvarın 26-da Bakı Şəhəri üzrə Təhsil İdarəsinin rəhbərliyi və struktur bölmə əməkdaşları paytaxtın Binəqədi və Nəsimi rayonları üzrə müəllim və valideynləri qəbul edəcək.
Elm və təhsil
23 Yanvar , 2018 12:04
İki rayonun müəllim və valideynlərinin müraciətləri dinləniləcək

Bakı. 23 yanvar. REPORT.AZ/ Yanvarın 26-da Bakı Şəhəri üzrə Təhsil İdarəsinin rəhbərliyi və struktur bölmə əməkdaşları paytaxtın Binəqədi və Nəsimi rayonları üzrə müəllim və valideynləri qəbul edəcək.

Bu barədə "Report"a idarənin İctimaiyyətlə əlaqələr sektorundan məlumat verilib. 

Səyyar qəbul vəzifə funksiyalarının tələb olunan səviyyədə yerinə yetirilməsi istiqamətində müəssisə rəhbərlərinin məsuliyyətinin artırılması, təhsilin keyfiyyətinin yüksəldilməsi, məktəblərdə sağlam və yaradıcı mühitin təmin olunması üçün sistemli iş aparmaq məqsədlərinə xidmət edir.

Bakıdakı 284 nömrəli tam orta məktəbdə (Ünvan: Biləcəri qəsəbəsi, X.Məlikaslanov küçəsi 10) təşkil olunacaq səyyar qəbul saat 10:00-da başlayacaq.

Səyyar qəbulda müəllim və valideynlərin müraciətləri dinləniləcək, problemli məsələlər araşdırmaya yönəldiləcək, müvafiq təşkilati və maarifləndirmə tədbirləri görüləcək.

Son xəbərlər

Orphus sistemi