İki alim Nizami Gəncəvi adına qızıl medala layiq görülüb

İki alim Nizami Gəncəvi adına qızıl medala layiq görülüb Bakı. 5 aprel. REPORT.AZ/ Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin iclasında Azərbaycan Respublikasının Nizami Gəncəvi adına Qızıl medalı müsabiqəsinin nəticələri açıqlanıb.
Elm və təhsil
5 Aprel , 2018 17:01
İki alim Nizami Gəncəvi adına qızıl medala layiq görülüb
AMEA / Report

Bakı. 5 aprel. REPORT.AZ/ Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin iclasında "Azərbaycan Respublikasının Nizami Gəncəvi adına Qızıl medalı" müsabiqəsinin nəticələri açıqlanıb.

"Report"un məlumatına görə, AMEA-nın prezidenti, akademik Akif Əlizadə müsabiqədə iştirak etmək üçün namizədliyi irəli sürülmüş alimlər haqqında təqdimatların müvafiq sənədlərlə birlikdə Ekspert Komissiyasına təqdim olunduğunu və Qızıl medala layiq görülən namizədlərin seçilərək onlar haqqında rəylərin Rəyasət Heyətinə təqdim edildiyini bildirib.

Müsabiqənin nəticələrinə görə neft və qaz kondensat yataqlarının kəşfi və işlənilməsi sahəsində elmi konsepsiyanın hazırlanmasına görə akademik Xoşbəxt Yusifzadə və qeyri-xətti plazma nəzəriyyəsi, idarəolunan termonüvə sintezi və kosmik fizika sahəsində elmi konsepsiyanın işlənilməsinə görə Rusiya Elmlər Akademiyasının həqiqi üzvü Roald Saqdeyev "Azərbaycan Respublikasının Nizami Gəncəvi adına Qızıl medalı"na layiq görülüblər.

Rəyasət Heyəti adları çəkilən alimlərin medalla təltif olunması və hər birinə 10 min manat məbləğində pul mükafatının verilməsi barədə qərar qəbul edib.

Son xəbərlər

Orphus sistemi