“İcma əsaslı məktəbəqədər təhsil” pilot layihəsinin təqdimatı olub

“İcma əsaslı məktəbəqədər təhsil” pilot layihəsinin təqdimatı olub Bakı. 19 dekabr. REPORT.AZ/ YUNİSEF-in maliyyə dəstəyi ilə Təhsil İnstitutu tərəfindən icra olunan “İcma əsaslı məktəbəqədər təhsil” pilot layihəsinə dair hesabat tədbiri keçirilib.
Elm və təhsil
19 Dekabr , 2017 12:02
“İcma əsaslı məktəbəqədər təhsil” pilot layihəsinin təqdimatı olub
Report/ Orkhan Azim

Bakı. 19 dekabr. REPORT.AZ/ YUNİSEF-in maliyyə dəstəyi ilə Təhsil İnstitutu tərəfindən icra olunan “İcma əsaslı məktəbəqədər təhsil” pilot layihəsinə dair hesabat tədbiri keçirilib.

"Report" xəbər verir ki, tədbirdə təhsil naziri vəzifəsini icra edən, nazir müavini Ceyhun Bayramov, YUNİSEF-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri Edvard Karvardin, təhsil ekspertləri və məktəb direktorları iştirak ediblər.

Tədbirin keçirilməsində məqsəd məktəbəqədər təhsilin vacibliyini və bu sahədə ötən 8 ay ərzində görülən işləri ictimaiyyətin diqqətinə çatdırmaq olub.

Təhsil İnstitutunun direktor əvəzi Emin Əmrullayev bildirib ki, layihə çərçivəsində Bakı şəhərində və 10 rayonda 50 icma seçilib, hər icmaya orta hesabla 20 nəfər 3 və 4 yaşlı uşaq cəlb olunub.

YUNİSEF-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri Edvard Karvardin isə “İcma əsaslı məktəbəqədər təhsil” pilot layihəsinin uğurla həyata keçirilməsini diqqətə çatdıraraq bu cür təşəbbüslərə dəstək verməkdən məmnun olduqlarını qeyd edib.

Təhsil naziri vəzifəsini icra edən, nazir müavini Ceyhun Bayramov çıxış edərək Azərbaycanın dövlət təhsil siyasətinin strateji istiqamətlərindən biri olan məktəbəqədər təhsilin əhəmiyyətindən və bu sahədə əldə edilmiş nailiyyətlərdən danışıb.

O qeyd edib ki, erkən uşaqlıq dövrü uşaqların potensial imkanlarının inkişafı baxımından əhəmiyyətlidir. C.Bayramov bu yaş dövründə təhsilin uşağa ətraf mühitin kəşf olunmasına, baş verən dəyişiklikləri şüurlu şəkildə dərk etməsinə, sosiallaşmasına, digər uşaqlar və böyüklərlə əməkdaşlıq etməsinə imkan yaradan bir vasitə olduğunu, eləcə də öyrənilən hər bir bacarıq və vərdişin uşağın məktəbdə oxumasına, eləcə də sonrakı həyatı boyu necə öyrənməsinə böyük təsir göstərdiyini vurğulayıb.

Son xəbərlər

Orphus sistemi