I Avropa Oyunları ilə bağlı Tarix Muzeyinə dəyərli eksponatlar hədiyyə edilib

I Avropa Oyunları ilə bağlı Tarix Muzeyinə dəyərli eksponatlar hədiyyə edilib Bunlar Azərbaycan milli komandasının parad kostyumu, idman geyim dəsti, açılış mərasimində istifadə olunan məşəl və çıraqdır
Elm və təhsil
1 Mart , 2016 21:11
I Avropa Oyunları ilə bağlı Tarix Muzeyinə dəyərli eksponatlar hədiyyə edilib

Bakı. 1 mart. REPORT.AZ/ Gənclər və İdman Nazirliyi Milli Azərbaycan Tarixi Muzeyinə ilk dəfə Azərbaycanda keçirilən “Bakı-2015” I Avropa Oyunları ilə bağlı dəyərli eksponatlar hədiyyə edib.

Bu barədə "Report"a muzeyin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, bunlar Azərbaycan milli komandasının parad kostyumu, idman geyim dəsti, açılış mərasimində istifadə olunan məşəl və çıraqdır. Qaliblər üçün hazırlanan medallar - qızıl, gümüş, bürünc, eləcə də gümüş xatirə medalı da muzeyin eksponatları sırasında xüsusi yer tutacaqlar.

Azərbaycanın idman tarixində mühüm əhəmiyyət daşıyan eksponatlar muzeyin “Hədiyyələr və xatirə əşyaları” fondunda qorunacaq.

Son xəbərlər

Orphus sistemi