Yuxarı

Hüseyn Cavid əsərlərinin 5 cilddə külliyatı türk dilinə tərcümə olunacaq

Hüseyn Cavidin Ev Muzeyi ilə İstanbul Azərbaycan Mədəniyyət Evi əməkdaşlıq edəcək

Bakı. 23 fevral. REPORT.AZ/ Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Hüseyn Cavidin Ev Muzeyi ilə İstanbul Azərbaycan Mədəniyyət Evi arasında qarşılıqlı anlaşma imzalanması məqsədilə görüş keçirilib. Bu barədə "Report"a muzeydən məlumat verilib.

Hüseyn Cavid irsini Türkiyədə geniş təbliğ edən, İstanbul Azərbaycan Mədəniyyət Evinin rəhbəri, şair Hikmet Elp Hüseyn Cavid yaradıcılığının türk oxucusu tərəfindən sevildiyini vurğulayıb. Görüş zamanı o, Hüseyn Cavid “Əsərləri” 5 cilddə külliyatının türk dilinə tərcümə olunmasını təklif edib.

O, həmçinin qeyd edib ki, H.Cavidin “İblis” əsərinin İstanbul Bələdiyyə Teatrında səhnələşdirilməsi təqdirəlayiq bir haldır və tamaşaçı tərəfindən yüksək maraqla qarşılanıb.

Görüşün sonunda Hikmet Elp Azərbaycan-Türkiyə mədəni əlaqələrini özündə əks etdirən “Serhat Kültür” jurnalını muzeyə hədiyyə edib. 

Muzeyin direktoru G.Babaxanlı qonağa Hüseyn Cavid əsərlərinin 5 cilddə külliyatını təqdim edib. Sonda xatirə şəkli çəkdirilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi