Yuxarı

​HSBC: Avstraliya dünyanın ən bahalı təhsil verən ölkəsidir

Ən keyfiyyətli təhsil isə ABŞ-da verilir

Bakı. 10 sentyabr. REPORT.AZ/ Aparılan müstəqil sorğular Avstraliyanın təhsil baxımından ABŞ və Böyük Britaniyadan daha bahalı ölkə olduğunu üzə çıxarıb. “Report” xəbər verir ki, bununla bağlı tanınmış HSBC agentliyi araşdırma aparıb.

Agentliyin 15 ölkədə 4 500 nəfərdən artıq valideyn arasında apardığı sorğunun nəticələrinə görə, ABŞ-da bir tələbənin yaşaması və təhsil alması üçün ildə ümumi olaraq 36 min ABŞ dolları lazımdırsa, Avstraliyada bu rəqəm 42 min ABŞ dollarıdır.

Sorğuda iştirak edən valideynlərin təxminən 25%-i Avstraliyanın verdiyi təhsilin keyfiyyəti ilə ödənişin qiyməti arasında uçurum olduğunu düşünür.

Sorğunun nəticələrinə əsasən, Avstraliyada bir il oxumaq və yaşamaq minimum 42 093 dollara başa gəlir ki, bunun da 24 081 dolları təhsil, 18 012 dolları isə yaşamaq üçün xərclənir. Siyahıda Avstraliyadan sonra ilk beşliyə Sinqapur, ABŞ, Böyük Britaniya, HonKonq daxildir. Bir il təhsil almaq və yaşamaq Sinqapurda 39 229 dollara, ABŞ-da 36 564 dollara, Britaniyada 35 045 dollara, HonKonqda 32 140 dollara başa gəlir.

İkinci beşlikdə Kanada, Fransa, Malayziya, İndoneziya və Braziliya yer alıb. Təhsil və yaşayış üçün bahalı ölkələrin sıralamasında sonucu beşliyə Tayvan, Türkiyə, Çin, Meksika və Hindistan daxil olub.

Verdiyi təhsilin keyfiyyətinə görə isə Avstraliya 3-cüdür. Keyfiyyətli təhsilə görə lider ABŞ, ikinci isə Böyük Britaniyadır. Soruğunun nəticələrinə görə, ən keyfiyyətsiz təhsil verən ölkələr İndoneziya, Braziliya, Türkiyə və Meksikadır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi