Heydər Əliyevin anım günü İzmirdəki Texniki-Sənaye Peşə Liseyində qeyd olunub

Heydər Əliyevin anım günü İzmirdəki Texniki-Sənaye Peşə Liseyində qeyd olunub Mərasimin sonunda Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş film nümayiş etdirilib
Elm və təhsil
12 Dekabr , 2016 11:50
Heydər Əliyevin anım günü İzmirdəki Texniki-Sənaye Peşə Liseyində qeyd olunub

Bakı. 12 dekabr. REPORT.AZ/ Türkiyənin İzmir şəhərinin Əliağa bölgəsində yerləşən Heydər Əliyev adına Texniki-Sənaye Peşə Liseyində Heydər Əliyevin vəfatının 13-cü ildönümü ilə əlaqədar anım mərasimi keçirilib.

“Report” Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) istinadən xəbər verir ki, mərasimdə Azərbaycanın Türkiyədəki səfirliyinin təhsil müşaviri Nəcibə Nəsibova, Əliağa kaymakamı Bayram Yılmaz, Əliağa təhsil şöbəsinin müdiri Ogün Dersə, “Petkim” Holdinqinin icraçı direktoru Anar Məmmədov, "STAR" neft emalı zavodunun icraçı direktoru İbrahim Palaz və Heydər Əliyev adına Texniki-Sənaye Peşə Liseyinin müdiri Məhməd Sıtqı Arı iştirak ediblər. 

Ulu öndərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan və Türkiyənin dövlət himnləri səsləndirilib. Mərasimdə çıxış edən “Petkim”in icraçı direktoru Anar Məmmədov qeyd edib ki, müstəqil Azərbaycan dövlətinin dinamik inkişafına və beynəlxalq aləmdə öz layiqli yerini tutmasına görə, xalqımız ümummilli lider Heydər Əliyevə borcludur. Heydər Əliyev xalqın yaddaşına qurucu və xilaskar dövlət xadimi, əbədi xalq məhəbbəti qazanmış milli lider kimi həkk olunub. Çıxış edənlər “Bir millət, iki dövlət” şüarı ilə Azərbaycan və Türkiyə arasında əbədi, sarsılmaz qardaşlıq əlaqələrinin təməlini qoymuş ümumilli liderin xatirəsini ehtiramla anıblar.

Mərasimin sonunda Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş film nümayiş etdirilib. 

Qeyd edək ki, Heydər Əliyev adına Texniki-Sənaye Peşə Liseyinin təməli 2011-ci il oktyabrın 25-də Əliağa bölgəsində "STAR" neft emalı zavodu ilə eyni vaxtda atılıb. Liseyin inşası 270 günə tamamlanaraq, Əliağa Milli Təhsil İdarəsinə təhvil verilib.

Son xəbərlər

Orphus sistemi