Heydər Əliyev Mərkəzinin parkında “Oxu Günü” keçiriləcək

Heydər Əliyev Mərkəzinin parkında “Oxu Günü” keçiriləcək Bakı. 17 aprel. REPORT.AZ/ Heydər Əliyev Mərkəzinin parkında aprelin 21-də “Oxu Günü” keçiriləcək.
Elm və təhsil
17 Aprel , 2018 10:27
Heydər Əliyev Mərkəzinin parkında “Oxu Günü” keçiriləcək

Bakı. 17 aprel. REPORT.AZ/ Heydər Əliyev Mərkəzinin parkında aprelin 21-də “Oxu Günü” keçiriləcək.

Mərkəzdən "Report"a verilən məlumata görə, “Oxu Günü” uşaq, yeniyetmə və gənclər arasında mütaliə mədəniyyəti və oxu vərdişinin inkişafı, kitaba marağın artırılması məqsədilə təşkil olunur.

“Gəlin birgə oxuyaq!” şüarı altında keçirilən tədbirdə paytaxtın 40 ümumtəhsil məktəb və liseyinin şagirdləri müxtəlif təqdimatlarla çıxış edəcəklər. Məktəblilər bədii əsərlər əsasında hazırlanmış səhnəciklər, pantomim tamaşalar və s. təqdim edəcəklər.

Heydər Əliyev Mərkəzi, Təhsil Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyasının təşkilatçılığı, “Hədəf Nəşrləri”nin tərəfdaşlığı ilə reallaşdırılacaq tədbir çərçivəsində, həmçinin 30-dək nəşriyyat və kitabxana kitab sərgi-yarmarkası təqdim edəcək.

Tədbirə giriş sərbəstdir. 

Son xəbərlər

Orphus sistemi