Yuxarı
    Bağlamaq

    Hərbi Tibb Fakültəsi məzunlarının buraxılış mərasimi keçirilib

    Bakı. 28 iyun. REPORT.AZ/ Azərbaycan Tibb Universitetinin Hərbi Tibb Fakültəsi məzunlarının buraxılış mərasimi keçirilib.

    Müdafiə Nazirliyindən "Report"a verilən məlumata görə, tədbirdə ümummilli lider Heydər Əliyevin, Azərbaycanın ərazi bütövlüyü və müstəqilliyi uğrunda şəhid olan qəhrəman Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib.

    Silahlı Qüvvələrin Baş Qərargah rəisinin müavini - Döyüş Hazırlığı və Hərbi Təhsil Baş İdarəsinin rəisi, general-leytenant Nizam Osmanov mərasimdə çıxış edərək qeyd edib ki, ulu öndərin ordu quruculuğu ilə bağlı başladığı işləri onun siyasi kursunun layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev layiqincə həyata keçirir. İdarə rəisi onu da bildirib ki, Azərbaycan Ordusu üçün müasir tibb elminin tələblərinə cavab verən hərbi həkim kadrlarının hazırlanması da ölkəmizin müdafiə qüdrətinin artırılmasına xidmət edən mühüm amillərdəndir.

    General-leytenant N.Osmanov məzunları tibb xidməti leytenantı hərbi rütbə və diplom almaları münasibətilə təbrik edib, Azərbaycanın gələcəyi, ordumuzun, dövlətçiliyimizin müdafiə qüdrətinin daha da artırılması naminə xidmətlərində uğurlar arzulayıb.

    Sonda yüksək nizam-intizamına və təhsildə fərqləndiyinə görə bir qrup hərbi qulluqçu fəxri fərman və qiymətli hədiyyələrlə təltif olunub. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi