​"Hər suala bir cavab" adlı ensiklopedik toplunun birinci cildi onlayn qaydada oxucuların ixtiyarına verilib

​"Hər suala bir cavab" adlı ensiklopedik toplunun birinci cildi onlayn qaydada oxucuların ixtiyarına verilib Cildin nəşri yaxın günlərdə olacaq
Elm və təhsil
23 Fevral , 2016 11:13
​Hər suala bir cavab adlı ensiklopedik toplunun birinci cildi onlayn qaydada oxucuların ixtiyarına verilib

Bakı. 23 fevral. REPORT.AZ/ Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin "Açıq Kitab" elektron kitabxanası yaxın vaxtlarda nəşr olunacaq "Hər suala bir cavab" adlı ensiklopedik toplunun birinci cildini oxucuların ixtiyarına verib.

Bu barədə "Report"a mərkəzin mətbuat xidmətindən bildirilib.

Onlayn mütaliəçilər www.achiqkitab.az saytının "Tərcümə Mərkəzinin kitabları" bölməsinə daxil olmaqla "Hər suala bir cavab" ensiklopedik toplunun birinci cildinin oxusuna başlaya bilərlər.

Qeyd edək ki, Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin "Açıq Kitab" virtual kitabxanası gənclərin mütaliəyə marağının artırılması məqsədi ilə Tərcümə Mərkəzinin yaxın vaxtlarda nəşr olunacaq kitablarının onlayn oxu versiyasını oxuculara təqdim edir.

Son xəbərlər

Orphus sistemi