“Mətbuat, təhsil işçiləri, yazıçı və şairlər, eləcə də yazı sənəti ilə məşğul olan hər bir şəxs yenicə təsdiqlənmiş Azərbaycan dilinin Orfoqrafiya Normaları əsasında bütün qaydalara riayət etməyə başlamalıdırlar”.
Bunu “Report”a açıqlamasında AMEA-nın Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu deyib.
O bildirib ki, Azərbaycan dilinin Orfoqrafiya Normaları Nazirlər Kabineti tərəfindən təsdiqlənib ictimaiyyətə təqdim edildiyi gündən qüvvəyə minib. Buna görə də Normalarda əks olunan qaydalara riayət olunmalıdır: “Normaları Baş Nazir
Qeyd edək ki, Azərbaycan dilinin Orfoqrafiya Normaları ali və orta məktəblərdə, eləcə də ali təhsil müəssisələrinə qəbul üçün keçirilən bu ilki imtahanlara aid olmayacaq.