Yuxarı

Azərbaycanda 2020-ci ilə qədər hər bir şagird planşetlə təmin olunacaq

Strateji planın icrası Təhsil Nazirliyi və Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə həvalə edilib

Bakı. 20 yanvar. REPORT.AZ/ Azərbaycanın təhsil müəssisələrində 2020-ci ilə qədər hər bir şagird elektron dərsliklər yüklənilən kompüter-planşetlə təmin olunacaq. "Report" xəbər verir ki, bu barədə prezident İlham Əliyev tərəfindən təsdiqlənən "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın həyata keçirilməsi ilə bağlı Fəaliyyət Planında qeyd olunub.

Plana əsasən ölkənin təhsil müəssisələrində informasiya-kommunikasiya texnologiyaları əsaslı təlim metodologiyasının tələblərinə uyğun infrastrukturun yaradılması, hər bir təhsil müəssisəsinin internetlə, ümumi orta təhsil səviyyəsində hər bir şagirdin elektron dərsliklər yüklənilən kompüter-planşetlə təmin olunması nəzərdə tutulub.

Müasir tələblərə cavab verən və ömür boyu təhsili təmin edən təhsil infrastrukturunun yaradılması Təhsil Nazirliyi və Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə həvalə olunub. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi