“Halliburton” şirkətinin regional rəhbəri BANM-də olub

“Halliburton” şirkətinin regional rəhbəri BANM-də olub Bakı. 13 noyabr. REPORT.AZ/ Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov “Halliburton” şirkətinin Qərbi Xəzər regionu üzrə rəhbəri Darel Lankasterlə görüşüb. 
Elm və təhsil
13 Noyabr , 2017 11:44
“Halliburton” şirkətinin regional rəhbəri BANM-də olub
BANM

Bakı. 13 noyabr. REPORT.AZ/ Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov “Halliburton” şirkətinin Qərbi Xəzər regionu üzrə rəhbəri Darel Lankasterlə görüşüb. 

Ali Məktəbin İctimaiyyətlə əlaqələr şöbəsindən "Report"a verilən məlumata görə, görüşdə tərəflər arasında əməkdaşlığın genişləndirilməsi məsələsi müzakirəsi olub.

E.Qasımov rəhbərlik etdiyi təhsil müəssisəsinin fəaliyyətinin əsas istiqamətlərindən danışıb və bu ilin Ali Məktəb üçün çox yaddaqalan olduğunu – BAMN-in kampusunun Prezident İlham Əliyev tərəfindən təntənəli açılışını, BANM-in ilk məzunlarına diplomların verilməsini, Ali Məktəbin qəbul imtahanlarında 700 bal yığmış tələbələrinin və Prezident təqaüdçülərinin sayına görə rekord vurmasını diqqətə çatdırıb. E.Qasımov qeyd edib ki, məzunların çoxu artıq aparıcı transmilli şirkətlərə işə qəbul olublar. Həmin şirkətlər arasında “Halliburton” şirkətinin də olduğunu vurğulayaraq rektor bu məhsuldar əməkdaşlığın gələcəkdə də uğurla davam edəcəyinə əmin olduğunu bildirib. 

“Halliburton” şirkətinin Qərbi Xəzər regionu üzrə rəhbəri Darel Lankaster BANM-lə əməkdaşlığa şirkət tərəfindən böyük önəm verildiyini qeyd edib və Ali Məktəbin tələbələrinin təcrübə proqramı dövründə çox fəal olduqlarını, məzunlarının isə özlərini perspektivli gənc mütəxəssislər kimi sübut etdiklərini deyib. Onun sözlərinə görə, Ai Məktəbin yetirmələri dərin profesional biliklər qazanmaları, yaxşı təcrübə keçmələri, işgüzar xüsusiyyətlər və işə məsuliyyətli yanaşmaları ilə çox fərqlənirlər. D.Lankaster həmçinin şirkətin BANM-lə əməkdaşlıq əlaqələrinin güclənməsində çox maraqlı olduğunu deyib.

Sonda qonaq Ali Məktəbin rəhbərliyinə neft-qaz sektorunda beynəlxalq tələblərə cavab verən yüksək ixtisaslı mühəndislərin yetişdirilməsinə görə öz təşəkkürünü bildirib və bu istiqamətlə uğurlar arzu edib.

“Halliburton”un Azərbaycanda dövlət strukturları ilə iş üzrə meneceri Anar Əliyev də görüşdə iştirak edib.

Son xəbərlər

Orphus sistemi