Hafiz Paşayev “Şərəf” ordeni ilə təltif edilib

Hafiz Paşayev “Şərəf” ordeni ilə təltif edilib O, Azərbaycan Respublikasında təhsilin inkişafındakı xidmətlərinə görə mükafatlandırılıb
Elm və təhsil
2 May , 2016 17:22
Hafiz Paşayev “Şərəf” ordeni ilə təltif edilib

Bakı. 2 may. REPORT.AZ/ Prezident İlham Əliyev Hafiz Paşayevin “Şərəf” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. 

"Report" xəbər verir ki, sərəncamla Azərbaycan Respublikasında təhsilin inkişafındakı xidmətlərinə görə Hafiz Mir Cəlal oğlu Paşayev “Şərəf” ordeni ilə təltif edilib.

Qeyd edək ki, H.Paşayev Azərbaycan xarici işlər nazirinin müavini, ADA Universitetinin rektorudur. 

Son xəbərlər

Orphus sistemi