Gürcüstandakı azərbaycanlı tələbələr yeni təşkilat yaradıblar

Gürcüstandakı azərbaycanlı tələbələr yeni təşkilat yaradıblar Təqdimat mərasimində Azərbaycanın Gürcüstandakı səfirliyinin məsul əməkdaşları, tələbə gənclər, ziyalılar iştirak ediblər
Elm və təhsil
5 Aprel , 2017 19:46
Gürcüstandakı azərbaycanlı tələbələr yeni təşkilat yaradıblar
Report.az

Tbilisi. 5 aprel. REPORT.AZ/ Gürcüstanın müxtəlif universitetlərində təhsil alan tələbələr yeni təşkilat yaradıblar.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, aprelin 5-də “Şəxsi İnkişaf Universiteti” (Self Development University) adlanan yeni təşkilatın ictimaiyyətə təqdim edilib. 

Mərasimdə bildirilib ki, gənclərin təhsili, mədəniyyət, inteqrasiya və avrointeqrasiya kimi istiqamətləri qarşısına məqsəd qoyan təşkilat Gürcüstanda rəsmi dövlət qeydiyyatından keçib.

Təşkilatın təsisçilərindən olan Rəşan Ziyadəliyev “Report”a deyib ki, bu gün Gürcüstanda müxtəlif gənclər təşkilatları var: "Yeni təşkilatın əsas məqsədi gənclərin təhsil almaq imkanlarını artırmağa, mədəniyyətimizin təbliğinə, insanların Gürcüstan və Avropa cəmiyyətlərinə inteqrasiyasına köməklik göstərməkdir. Bunun üçün gürcü və azərbaycanlı tələbələrin birliyinə nail olacağıq. Təşkilat müxtəlif universitetlərdə təhsil alan, kreativ ideyalı gəncləri ətrafında birləşdirəcək və müəyyən olunmuş istiqamətlər üzrə layihələr hazırlayaraq həyata keçirəcək".

Təqdimat mərasimində Azərbaycanın Gürcüstandakı səfirliyinin məsul əməkdaşları, tələbə gənclər, ziyalılar iştirak ediblər.

Son xəbərlər

Orphus sistemi