Gürcüstanda milli azlıqların yaşadığı bölgələrdə buraxılış imtahanlarının modeli ilə bağlı araşdırma aparılacaq

Gürcüstanda milli azlıqların yaşadığı bölgələrdə buraxılış imtahanlarının modeli ilə bağlı araşdırma aparılacaq Tbilisi. 12 fevral. REPORT.AZ/ “Gürcüstanda milli azlıqların yaşadığı bölgələrin məktəblərində başqa, paralel reallıq mövcuddur”.
Elm və təhsil
12 Fevral , 2019 00:32
Gürcüstanda milli azlıqların yaşadığı bölgələrdə buraxılış imtahanlarının modeli ilə bağlı araşdırma aparılacaq

Tbilisi. 12 fevral. REPORT.AZ/ “Gürcüstanda milli azlıqların yaşadığı bölgələrin məktəblərində başqa, paralel reallıq mövcuddur”.

“Report”un yerli bürosunun verdiyi xəbərə görə, bunu Gürcüstanın təhsil, elm, mədəniyyət və idman nazirinin müavini İrina Abuladze təhsil üzrə mütəxəssislər və beynəlxalq təşkilatların nümayəndələri ilə imtahanların yeni modeli ilə bağlı keçirdiyi görüşdə bildirib.

O deyib ki, əgər buraxılış imtahanlarında müvəffəqiyyətsizlik göstəricisi 20-25 faizdirsə, bunun 20 faizi əsasən milli azlıqların yaşadığı bölgələrin payına düşür:

“Milli azlıqlarla bağlı ayrıca araşdırma aparmaq lazımdır, belə ki, onların yaşadığı bölgələrdə başqa milli tədris planı tətbiq olunur, dərsliklər ümumiyyətlə yoxdur”.

İ.Abuladze qeyd edib ki, ABŞ-ın USAID təşkilatı təhsil sisteminin qiymətləndirilməsini həyata keçirəcək və təqribən bir aydan sonra nəticələr hazır olacaq:

“Bu, bizə hansı vasitə və mexanizmləri fikirləşməyimiz barədə əlavə informasiya verəcək”.

Qeyd edək ki, bu ildən Gürcüstanın ictimai məktəblərində buraxılış imtahanları ləğv olunub.

Son xəbərlər

Orphus sistemi