Gürcüstanda azərbaycanlı abituriyentlərin ali məktəblərə qəbul olmamalarının səbəbləri araşdırılır

Gürcüstanda azərbaycanlı abituriyentlərin ali məktəblərə qəbul olmamalarının səbəbləri araşdırılır Tbilisi. 5 oktyabr. REPORT.AZ/ Gürcüstanın Qiymətləndirmə və İmtahanlar üzrə Milli Mərkəzi ali məktəblərə qəbul ola bilməyən azərbaycanlı abituriyentlərin məsələsinə münasibət bildirib.
Elm və təhsil
5 Oktyabr , 2018 19:31
Gürcüstanda azərbaycanlı abituriyentlərin ali məktəblərə qəbul olmamalarının səbəbləri araşdırılır

Tbilisi. 5 oktyabr. REPORT.AZ/ Gürcüstanın Qiymətləndirmə və İmtahanlar üzrə Milli Mərkəzi ali məktəblərə qəbul ola bilməyən azərbaycanlı abituriyentlərin məsələsinə münasibət bildirib.

“Report”un Gürcüstan bürosunun verdiyi xəbərə görə, Mərkəzin rəhbəri Sofio Qorqodze azərbaycanlı gənclərin universitetlərə qəbul ola bilməmələrinin səbəblərinin araşdırıldığını deyib.

O, abituriyentlərin ixtisas seçimi edərkən kifayət qədər məlumatlı olmadıqlarını qeyd edib: “Əgər onlar daha çox ali məktəb seçsəydilər, bu cür problem yaranmazdı. Biz, əlbəttə ki, belə halların təkrarlanmaması üçün məlumatlandırma kampaniyasını daha da gücləndirəcəyik. Bununla yanaşı, etnik azlıqların ali təhsil almasını təmin etmək üçün uzunmüddətli strategiya hazırlamağı planlaşdırırıq”.

Qeyd edək ki, Gürcüstanda bu il 500-ə yaxın azərbaycanlı abituriyent qəbul imtahanlarında müsabiqə şərtini ödəsədə, ali məktəbə qəbul olmayıb. Bu gün abituriyentlər Gürcüstanın Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyinin binası qarşısında ali məktəblərin vakant yerlərinə yerləşdirilmə tələbi ilə aksiya keçiriblər.

Son xəbərlər

Orphus sistemi