Yuxarı

Göyçay, Kürdəmir, Ucar və Zərdabda 11 modul tipli məktəb quraşdırılacaq

Göyçay, Kürdəmir, Ucar və Zərdabda 11 modul tipli məktəb quraşdırılacaq

Bakı. 16 mart. REPORT.AZ/ Prezident İlham Əliyev "Göyçay, Kürdəmir, Ucar və Zərdab rayonlarında təhsil infrastrukturunun inkişafı ilə əlaqədar tədbirlər haqqında" sərəncam imzalayıb.

“Report” xəbər verir ki, sərəncamla Göyçay, Kürdəmir, Ucar və Zərdab rayonlarında cəmi 748 şagird yerlik modul tipli 11 məktəbin quraşdırılması məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 22 yanvar tarixli 3593 nömrəli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.11.2-ci yarımbəndində göstərilmiş məbləğin 3 915 000 manatı Azərbaycan Respublikasının Təhsil Nazirliyinə ayrılıb.

Göyçay, Kürdəmir, Ucar və Zərdab rayonlarında quraşdırılması nəzərdə tutulan modul tipli məktəblərin siyahısı

Sıra №-si Təhsil müəssisələrinin adları Ayrılan vəsait
1 Ucar rayonu Qaradağlı kənd 96 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması 425 000
2 Ucar rayonu Küçəkənd kənd 96 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması 425 000
3 Zərdab rayonu Sileyli kənd 20 şagird yerlik modul tipliibtidai məktəbin quraşdırılması 230 000
4 Zərdab şəhər 80 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması 390 000
5 Zərdab rayonu Hüseynxanlı kənd 80 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması 390 000
6 Zərdab rayonu Nəzəralı kənd 20 şagird yerlik modul tipli ibtidai məktəbin quraşdırılması 230 000
7 Zərdab rayonu Sarıqaya kənd 96 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması 425 000
8 Göyçay rayonu Veysəlli kənd 20 şagird yerlik modul tipli ibtidai məktəbin quraşdırılması 230 000
9 Kürdəmir rayonu Bağman kənd 80 şagird yerlik modul tipli tam orta məktəbin quraşdırılması 390 000
10 Kürdəmir rayonu Öyləqulu kənd 80 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması 390 000
11 Kürdəmir rayonu Təklə kənd 80 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması 390 000
Cəmi 3 915 000
Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi